Hotel, Torism and Leisure

Turizm və Otelçilik

Turizm və otelçilik sahəsində sizi obyektiv ekspert məsləhətləri ilə təmin edirik.

Turizm və Otelçilik

Biz turizm şirkətinin maliyyə vəziyyətinə və maliyyə quruluşuna, idarəçilik strukturuna, keyfiyyət idarəetmə sisteminə, satış strategiyasına və marketinq analizinə müstəqil bir baxış keçiririk.

Planlaşdırma və İnkişaf

Turizm və Otelçilik sahəsi üçün layihələrin hazırlanma prosesi bazar araşdırmasına və analitik imkanlara əsaslanır. Bazarın xüsusiyyətlərini və meyllərini tam dərk edərək layihənin inkişafı üçün fürsətləri müəyyənləşdirir və təkliflər veririk.

Aktivlərin İdarə Olunması

Sahibkarları aktivlərin idarə edilməsi, fəaliyyətin təhlili və daşınmaz əmlakın qiymətləndirilməsi xidmətləri ilə təmin edirik. Komandamız maksimum pul axını və investisiya gəliri əldə etməyiniz üçün hər bir aktivin ən yaxşı şəkildə yerləşdirilməsini təmin edən  bütün strateji imkanları qiymətləndirir.

Satınalmalar və Sərəncam

Satınalma və ləğv prosesininin uğurla tamamlanması təcrübəli mütəxəssislərin rəhbərliyi ilə dəqiq planlaşdırma və icra əsasında həyata keçirilir. Biz iş və maliyyə vəziyyətinin tədqiq edilməsi, fəaliyyətin strukturlaşdırılması, maliyyələşdirmə və digər fəaliyyətlərin daxil olduğu məsləhət xidmətləri təklif edirik.

 

Maliyyənin Sisteminin Yenidən Qurulması

İxtisaslaşmış məsləhətçilərimiz tərəflərin mənfəətini artırmaq üçün iqtisadi yenidənqurmanı səmərəli şəkildə həyata keçirirlər.

Qiymətləndirmə, borcun qiymətləndirilməsi, idarəetmənin tənzimlənməsi, satış və aktivlərinin qiymətləndirilməsi və icrası yenidənqurma əməliyyatlarına daxildir.

Turizm və Otelçilik
1915-ci ildən bəri Horwath HTL  dünyanın Otelçilik üzrə ən öndə gedən konsaltinq təşkilatı kimi öz statusunu qoruyub saxlayır. Horwath HTL dünyanın hər yerində peşəkar xidmət göstərir. 

Horwath HTL peşəkar xidmətləri üzrə dünya üzrə mütəxəssislərin seçimidir.

Layihədə iştirak etdiyi illər ərzində Horwath HTL otellərin, əmlak şirkətlərinin və maliyyə qurumlarının ehtiyacları ilə bağlı dərin bilik və təcrübə qazanmışdırBu gün 39 ölkədə 50 ofisi olan Horwath HTL turizm sənayesində ixtisaslaşan dünyanın ən böyük konsaltinq qurumudur.

Horwath HTL-in yerli, regional və ya qlobal sahədə fəaliyyətinə baxmayaraq müştərilərə xidmət göstərmək üçün hərtərəfli, analitik və innovativ bir yanaşması  ilə tanınır.

Horwath HTL-in ixtisaslaşdığı sahələr aşağıdakılardır:

  • Otel aktivlərinin idarə edilməsi
  • Otelin planlaşdırması və inkişafı
  • Turizm və istirahət xidmətləri
  • Otelin qiymətləndirilməsi
  • Strateji məsləhət

 

Texniki-iqtisadi əsaslandırma

Otelin məkanının əlverişliliyinin analiz edilməsində ən mühüm addım texniki-iqtisadi əsaslandırmadır.  Biz hər tərəfli təklif və tələb analizi ilə müəyyən iş sahəsi üçün lazım olan məkanın əlverişliliyinin qiymətləndirilməsini də araşdırmamıza daxil edirik. On il müddəti üçün otelin gəlirləri və xərclərini planlaşdıracaq və təzcihat, marka və strategiyalar barədə təkliflər verəcəyik.

Marketinq

Marketinq planlarını həyata keçirmək və inkişaf etdirmək üçün fərdi turizm müəssisələri və turizm üzrə marketinq qrupları ilə işləyirik. Bu planlar taktiki plana daxil olan marketinq və rəqəmsal marketinq fəaliyyətlərini əhatə edir.

 

Təlim

Müştərilərimiz üçün biznes idarəetməsi və iqtisadi modullar vasitəsilə təlim proqramları həyata keçiririk. Həmçinin sahibkarlara və idarəçilərə şirkətin imkanları və çətinlikləri ilə üzləşmələrinə kömək edən təlim xidmətləri təqdim edirik.