Financial Services

Maliyyə xidmətləri

“ABAK-Az Crowe Ltd”nin mütəxəssisləri maliyyə sahəsində əldə etdikləri dərin təcrübəni texnoloji yanaşma ilə birləşdirərək təşkilatlara indiki dövrün çətinlikləri ilə üzləşməyə köməklik göstərirlər.

Maliyyə xidmətləri

Hal-hazırda maliyyə sektoru tarixin ən çətin anlarından birini yaşayır. Əksər maliyyə qurumları bazarda qeyri-müəyyənlik, məhsul və xidmətlərə olan tələbatın azalması və səhmlərin qiymətinin aşağı düşməsi kimi bir sıra problemləri həll etməlidirlər.

Çətinlikləri aradan qaldırmaq üçün risklərin azaldılması prosesinin qiymətləndirilməsi və səmərəliliyin artırılması maliyyə qurumları üçün mühüm əhəmiyyət daşıyır. Tənzimləyicilər, səhmdarlar və müştərilər də daxil olmaqla məsul tərəflər ciddi standartları qoruyacaqları məqamı gözləyirlər. 

“ABAK-Az Crowe Ltd”  risklərin idarə edilməsi və maliyyə qurumlarının ehtiyaclarını ödəmək üçün təklif etdiyi xidmətlərinə görə böyük rəğbət qazanmışdır. 

Zəmanət

Bizim müştərilərimiz müxtəlif sahələrdə fəaliyyət göstərir və bütün iş prosesi müəssisənin fəaliyyətinə uyğun olaraq dəyişir.
Bizim audit sahəsində olan xidmətlərimiz sənaye anlayışı, daxili audit və hesabat, elektron çatdırılma metodları və effektiv layihə idarəçiliyinə əsaslanır.

Risklərin idarə edilməsi

“ABAK-AZ Crowe Ltd” görülən işlərdə daha yaxşı nəticə əldə etmək üçün risklərin idarə edilməsi siyasətini təhlil edir və onun reallaşmasını təmin edir. Şirkətiniz və sektorunuz üçün korporativ təhlükələri qiymətləndirir və mütəxəssislərimiz risklərin idarə edilməsi siyasətini müəyyən etməkdə, izləməkdə və hesabat verməkdə sizə kömək edir.

Vergi

Biz maliyyə qurumlarına əlavə vergi xərclərini azaltmağa kömək etmək üçün konsaltinq və autsorsinqi əsas götürərək vergi planlaşdırma xidmətləri təqdim edirik. “ABAK-Az Crowe Ltd” zəmanət, risklərin idarə edilməsi, fəaliyyətin yaxşılaşdırılması və vergi sahəsində qüsursuz yeni standartlar yaradır.

Fəaliyyətin təkmilləşdirilməsi

İş sahəsindəki xüsusi ehtiyaclarınızı anlayaraq, onları təmin etmək üçün maliyyə xidməti sahəsində şirkətlərin iş modelinə uyğun təcrübəmizi tətbiq edirik. Təklif etdiyimiz həllər iş prosesini inkişaf etdirməklə yanaşı, şirkətinizin üzləşdiyi riskləri də azaldır. Layihə başa çatdıqdan sonra tətbiq etdiyimiz standartlar uzunmüddətli fayda əldə etmək üçün öz dayanıqlığını qoruyur.